İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Turin təmsilçisi Braziliyanın "Santos" klubunun 19 yaşlı hücumçusu Kayo Jorjeni transfer edib.
 
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. "Santos"la müqaviləsinin başa çatmasına 6 ay qalmış transfer olunan forvardla 5 illik müqavilə imzalanıb. Kayo yeni komandasında "21" nömrəli formanı geyinəcək.
 
Kayo Jorje "Santos"un öz yetirməsidir. O, 2018-ci ildən bu klubun əsas komandasında forma geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest