Şotlandiyanın "Aberdin" komandasının yarımmüdafiəçisi Cey Emmanuel-Tomas Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının ilk oyunu barədə fikirlərini bölüşüb

Şotlandiyanın "Aberdin" komandasının yarımmüdafiəçisi Cey Emmanuel-Tomas Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri Konfrans Liqasının ilk oyunu barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 31 yaşlı futbolçu yerli mətbuata açıqlamasında ikinci görüşün azarkeşlərin iştirakı ilə evdə keçirilməsini müsbət amil hesab etdiyini vurğulayıb:
 
"Qarabağ"la ilk matçda qələbə qazanaraq vəziyyəti dəyişməliyik. İstənilən nəticə qeydə alına bilər. İlk qarşılaşmanın səfərdə olması həmişə üstünlükdür. Qrup mərhələsinə vəsiqə qazanmaq böyük məna kəsb edəcək. İlk oyundan etibarən əsas məqsədlərimizdən biri budur. Avrokubokların qrup mərhələsində çıxış etmək əla olar. Cavab matçından əvvəl Azərbaycanda yaxşı nəticə qazanmalıyıq. Sonra onları "Pittodri" stadionunda qarşılayacağıq və işi başa çatdıracağıq. Qrup mərhələsinə yüksəlmək niyyətindəyik. "Qarabağ"a qarşı zehni olaraq hazırlaşmalıyıq. Növbəti hədəf bu komandanı keçməkdir".
 
Qeyd edək ki, avqustun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Aberdin" oyununa saat 20:00-da start veriləcək. Cavab qarşılaşması bir həftə sonra Şotlandiyada baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest