Almaniyanın "Şalke" klubunun 2-ci komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubu ilə vidalaşıb.

Almaniyanın "Şalke" klubunun 2-ci komandasına keçən Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov ABŞ-ın "Finiks Rayzinq" klubu ilə vidalaşıb. Matc.az xəbər verir ki, Dadaşov, bununla bağlı "instagram" hesabında paylaşım edib. O, paylaşımında "Finiks Rayzinq" klubunun azarkeşlərinə təşəkkür edib:
 
"Bu klubda sizlərlə keçirdiyim 2 il həqiqətən möhtəşəm idi. Məni qardaş kimi qarşıladız. Bunu heç vaxt unutmayacağam. Bu təcrübəni yaşadığım üçün sizə minnətdaram. Mənim üçün etdiyiniz hər şeyi qiymətləndirirəm. Həyatımızın həmin anları heç vaxt unudulmayacaq. "Finiks Rayzinq"ə hər şeyin ən yaxşısını arzulayıram".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest