Futbol üzrə Ukrayna millisinin yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Aleksandr Petrakov çalışdıracaq.
 
Bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. 64 yaşlı mütəxəssislə müqavilənin detalları açıqlanmayıb. O, bu postda Andrey Şevçenkonu əvəzləyib. Petrakov komandanı Dç-2022-nin seçmə mərhələ oyunlarına hazırlayacaq.
 
Qeyd edək ki, Aleksandr Petrakov 2011-ci ildən Ukraynanın aşağı yaş qrupları üzrə yığmalarına rəhbərlik edirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest