Futbol üzrə Afrika Millətlər Kubokunda qrup mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Patrik Andradenin çıxış etdiyi Kabo-Verde millisi A qrupunda Kamerun, Burkino Faso və Efiopiya yığmaları ilə mübarizə aparacaq.
 
"Neftçi"nin futbolçusu Sabir Buqrinin dəvət aldığı Mərakeş yığması C qrupunda Qana, Komor adaları və Qabonla yarışacaq.
 
Afrika Millətlər Kuboku bu il, iyunun 25-də başlamalı idi. Yarış 2022-ci ilin yanvar və fevral aylarında keçiriləcək.
 
Afrika Millətlər Kuboku
Qrup mərhələsi
 
A qrupu: Kamerun, Burkino Faso, Efiopiya, Kabo-Verde
B qrupu: Seneqal, Zimbabve, Qvineya, Malavi
C qrupu: Mərakeş, Qana, Komor adaları, Qabon
D qrupu: Nigeriya, Misir, Sudan, Qvineya-Bisau
E qrupu: Əlcəzair, Syerra-Leone, Ekvatorial Qvineya, Fil Dişi Sahili
F qrupu: Tunis, Mali, Mavritaniya, Qambiya

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest