İngiltərə milli komandasının və "Everton"un sabiq futbolçusu Fil Yaqelka karyerasını çempionşipdə davam etdirəcək. Matc.az xəbər verir ki, 39 yaşlı müdafiəçi "Derbi Kaunti" klubuna keçib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaqelka ilə 1 illik müqavilə imzalanıb.
 
2007-2019-cu illər aralığında "Everton"da çıxış edən Yaqelkanın son klubu "Şeffild Yunayted" olub. Müdafiəçi İngiltərə yığmasında 40 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest