"Neftçi"nin prezidenti Kamran Quliyev klubun televiziyasına müsahibə verib. Matc.az xəbər verir ki, Quliyev, bir neçə gün əvvəl Türkiyənin "Bursaspor" klubuna keçən Namik Ələskərovla bağlı yaranmış qalmaqal haqda danışıb:
 
"Namiki 14 yaşından tanıyıram. Bunu çox adam bilmir. Federasiyada işləyəndə Ələskərov Təbriz Həsənovun başçılığı altında yığmada çıxış edirdi. Həmin vaxt "Bakı"nın aşağı yaş qruplarında oynayırdı. Zədələri olurdu, hətta Almaniyaya da göndərmişdik".
 
Quliyev deyib ki, Ələskərov artıq uşaq deyil:
 
"özünün övladı var. Hər ikimiz bir-birimizi yaxşı tanıyırıq. Mən "Neftçi"yə yeni gələndə Namikin baş məşqçi ilə müqavilə barəsində problemləri var idi. Bütün bunlara baxmayaraq, onun başqa kluba getməsinə imkan vermədik. çünki o da komandaya xeyir verdi. Namikə hər zaman dəstək olmuşuq. ötən mövsüm Ələskərovun karyerasının zirvəsi idi".
 
Klub rəsmisi, 26 yaşlı futbolçunun gedişini qəbul edə bilmədiyini bildirib:
 
"Klub prezidenti kimi bunu qəbul edə bilmirəm. çünki qarşımızda nə qədər böyük işlər var idi. Deyirlər ki, futbolçuya yaxşılaşdırılmış şərtlərlə heç bir təklif gəlməyib. Bu, tamamilə yanlış informasiyadır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest