Türkiyənin "Qalatasaray" klubu sağ cinah müdafiəçisi Martin Linneslə yollarını ayırıb. Matc.az xəbər verir ki, bu barədə Super Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
 
İstanbul təmsilçisi 29 yaşlı norveçli futbolçuya xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, Linnes bundan sonrakı karyerasını ölkəsinin "Molde" komandasında davam etdirəcək.
 
Martin Linnes 2016-cı ildə məhz "Molde"dən "Qalatasaray"a transfer olunmuşdu. O, bu komandanın heyətində bütövlükdə 146 matça çıxıb, 5 qol vurub, 17 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi iki dəfə Türkiyə çempionu, 2 dəfə Türkiyə kubokunun və superkubokunun qalibi olub.
 
Linnes Norveç yığmasında da 29 oyunda 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest