İsrailin "Makkabi" (Hayfa) komandasının yarımmüdafiəçisi Məhəmməd Abu Fani Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləyi ilk oyundan öncə fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Sabahkı matç çox çətin olacaq. Hazırda yalnız öz oyunumuz haqqında fikirləşirik. Fikrimcə, önəmli olan da budur. Yaxşı nəticə qazanmağa çalışacağıq. Bu cütün favoriti yoxdur. özümüzü favorit saymıram. İki oyun olacaq. "Neftçi" bura gəlib çatıbsa, deməli, bizimlə eyni səviyyədədir. Meydanda ən yaxşı oyunumuzu sərgiləmək istəyirik. Bakıdan sərfəli nəticə ilə qayıtmaq fikrindəyik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest