"Neftçi"nin müdafiəçisi Mert çelik Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində İsrailin "Makkabi" (Hayfa) komandasına qarşı keçirəcəkləri ilk oyunun əvvəl fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Sabahkı oyunun çətin olacağını bilirik. Meydana qələbə üçün çıxacağıq. Matça çox yaxşı hazırlaşmışıq. öz meydanımızda oynayacağıq. ümid edirəm ki, səfərə sərfəli nəticə ilə gedəcəyik.
 
Hər gün özümü inkişaf etdirməyə çalışıram. Bir hədəfim var, bu yöndə çalışıram. Baş məşqçimiz mənə daha çox şans verir. Mən də bundan yararlanmaq istəyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest