"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi seneqallı hücumçu İbrahima Vadjini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son klubu Norveç "Hauqesund"u olan 26 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. Afrikalı oyunçu "Qarabağ"da 25 nömrəli formanı geyinəcək.
 
"Qarabağ"ın yeni transferi Konfrans Liqasının pley-off mərhələsinin Şotlandiya "Aberdin"i ilə oyunlar üçün də sifariş olunub. UEFA-ya təqdim edilən siyahıda 26 yaşlı oyunçu Musa Qurbanlı və Ramil Şeydayevlə birgə hücumçu kimi yer alıb.
 
Qeyd edək ki, "Qarabağ" "Aberdin"lə ilk görüşünü avqustun 19-da evdə, cavab görüşünü avqustun 26-da səfərdə keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest