İtaliyanın "Yuventus" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Turin təmsilçisi "Sassuolo"dan Manuel Lokatellini transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Yuventus" 23 yaşlı yarımmüdafiəçini satınalma şərti ilə 2 illik icarəyə götürüb. Turinlilər 2 il sonra futbolçunun transfer hüququnu almaq istəsə, bunun üçün "Sassuolo"ya 25 milyon avro ödəyəcək.
 
Lokatelli "Milan"ın yetirməsidir. Yarımmüdafiəçi 2018-ci ildən "Sassuolo"da forma geyinirdi. O, İtaliya yığmasında 15 matça çıxıb, 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest