Futbol üzrə Seneqal yığmasının sabiq hücumçusu Demba Ba İsveçrənin "Luqano" klubundan ayrılıb. Matc.az xəbər verir ki, cəmi iki ay öncə bu klubla 1 illik müqavilə bağlamış 36 yaşlı futbolçu, gözlənilməz qərar qəbul edib.
 
Cari mövsümdə cəmi 3 rəsmi matça çıxan təcrübəli futbolçu, klubla müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
 
Qeyd edək ki, Demba Ba "Luqano"dan əvvəl Türkiyənin "Başakşəhər" klubunda çıxış edirdi. Seneqal millisinin sabiq forvardı "Şanxay Şenxua" (çin), "Göztəpə", "Beşiktaş" (hər ikisi Türkiyə), "çelsi", "Nyukasl", "Vest Hem" (hər üçü İngiltərə), "Hoffenhaym" (Almaniya), "Muskron" (Belçika) və "Ruan" (Fransa) klublarının da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest