Azərbaycan çempionu "Neftçi" bu gün avrokuboklarda növbəti matçına çıxıb. Matc.az xəbər verir ki, UEFA çempionlar Liqasından Avropa Liqasına, oradan da Konfrans Liqasına yuvarlanan "ağ-qaralar" üçüncü dərəcəli klub turnirində debüt edib.

Samir Abasovun yetirmələri bu turnirə pley-offdan başlayıb. Paytaxt təmsilçisi Hayfa "Makkabi"si ilə ilk görüşünü keçirib.

İsrail çempionu ilə qarşılaşma Bakıdakı "Bakcell Arena"da təşkil olunub. Altı qolun qeydə alındığı bu görüşdə qalib müəyyənləşməyib.

Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü avqustun 26-da İsraildə baş tutacaq.

Avropa Konfrans Liqası
Pley-offun ilk oyunu
19 avqust

"Neftçi" – "Makkabi" (Hayfa) 3:3
Qol: Y.Laval, 50; 66. E.Mahmudov, 72 – V.Stankoviç, 9-öz qapısına. T.çeri, 78; 90+6.
Qırmızı vərəqə: İ.Zülfüqarlı, 77.
Baş hakim: Delayod Uilli (Fransa).
Bakı. "Bakcell Arena".

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 11. Harramiz Soares, 14. Romen Bask, 20. Mert çelik, 21. İsmayıl Zülfüqarlı, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 4. Huqo Basto, 10. Sezar Meza Kolli, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. ömər Buludov, 27. Fərid Yusifli, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov.

Makkabi: 44. Coşua Kohen, 4. Əli Məhəmməd, 5. Boqdan Planiç, 7. Omer Atzili, 10. Tyaronn çeri (k), 12. Sun Menaxem, 14. Xose Rodriqes, 16. Məhəmməd Abu-Fani, 21. Din David, 24. Ori Dahan, 25. Yosef-Raz Meyr.
Ehtiyat oyunçular: 52. İtamar İsraeli, 77. Royi Fuks, 2. Rayan Streyn, 3. Şon Qoldberq, 6. Neta Lavi, 8. Dolev Haziza, 9. Ben Sahar, 15. Ofri Arad, 18. Yuval Aşkenazi, 26. Mahmud Caber, 33. Maor Levi, 55. Rami Gerşon.
Baş məşqçi: Barak Baxar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest