21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 21-də Türkiyəyə yollanacaq. Matç.az saytının məlumatına görə, komandamız ayın 24-dək Antalyada təlim-məşq toplanışı keçəcək.

Yeni baş məşqçi Milan Obradoviç ilk toplanışı çərçivəsində yetirmələrini bir yoxlama görüşündə sınayacaq. Gənclərimizin rəqibi də artıq məlumdu. Yığmamız Moskva "Spartak"ının əvəzedici komandası ilə qarşılaşacaq. Oyun toplanışın son günündə - yanvarın 24-də baş tutacaq.

Toplanışda yalnız Premyer Liqa və I divizion komandaların oyunçuları iştirak edəcək. ölkə xaricindən heç kim dəvət edilməyib. Obradoviçin bu addımı atmaqda məqsədi ilk növbədə yerli oyunçuları yoxlamaqdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest