İspaniyanın "Atletiko" klubu futbolçusu Markos Lyorente ilə yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, Madrid təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2027-ci ilin yayına qədər artırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Lyorente 2019-cu ilin yayından "Atletiko"da çıxış edir. O, Madrid komandası ilə 82 oyunda 18 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest