"Tottenhem"in yarımmüdafiəçisi Mussa Dembele çin klubu "Quançjou Fuli"yə keçib. Matç.az xəbər verir ki, bu barədə məlumatı London təmsilçisi rəsmi saytı vasitəsilə yayıb.

Belçika millisinin üzvünün keçidi "Tottenhem"ə 12 milyon avro qazandırıb. 32 yaşlı oyunçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Onun illik məvacibi isə 10 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Dembele "Tottenhem"ə 2012-ci ildə "Fulhem"dən keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest