"Qarabağ"ın yeni transferi İbrahima Vadji üçün Norveçin "Hauqesund" klubuna ödədiyi məbləğ məlum olub.

"Qarabağ"ın yeni transferi İbrahima Vadji üçün Norveçin "Hauqesund" klubuna ödədiyi məbləğ məlum olub. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi seneqallı hücumçunu 500 min avro qarşılığında heyətinə qatıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 
Vadjini Türkiyənin "Kocaelispor" klubu da heyətinə qatmaq istəyib. 1-ci liqa təmsilçisi "Hauqsend"ə 26 yaşlı hücumçunu icarəyə götürmək üçün 100 min avro təklif edib. Tərəflər əvvəlcə razılaşsalar da, Norveç təmsilçisi daha sonra "Qarabağ"ın 500 min avroluq təklifini rədd edə bilməyib və futbolçusunu Azərbaycan klubuna satıb.
 
"Qarabağ" Vadji ilə 3 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest