Türkiyə Super Liqasının 1-ci turu çərçivəsində keçirilən "Girəsunspor" – "Qalatasaray" matçında komanda yoldaşı Kerem Aktürkoğlunu yumruqla vuran və meydandan qovulan Markaonun cəzası açıqlanıb.
 
Matc.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın braziliyalı müdafiəçisini 8 oyunluq diskvalifikasiya edib.
 
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Markao həm də 21 min türk lirəsi (4200 manat) məbləğində cərimələnib.
 
"Girəsunspor" – "Qalatasaray" matçı qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest