"Real"ın futbolçusu Martin Edeqor karyerasını İngiltərədə davam etdirəcək. Matc.az xəbər verir ki, norveçli yarımmüdafiəçi "Arsenal"da çıxış edəcək.
 
Bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.
 
Edeqor "Arsenal"da 8 nömrəli formanı geyinəcək.
 
Norveç milli komandasına da dəvət alan yarımmüdafiəçi ötən mövsümün ikinci yarısını icarə əsasında "Arsenal"da keçirmişdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest