Qazaxıstan millisi baş məşqçisiz qalıb. Matç.az xəbər verir ki, bu ölkənin futbol federasiyası və baş məşqçi Stanimir Stoilov arasında müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

2020-ci ilə qədər anlaşması olan bolqarıstanlı mütəxəssis 2018-ci ilin martından yığmaya rəhbərlik edirdi. Qazaxıstan onun rəhbərliyi altında Millətlər Liqasının 6 matçında və 3 yoxlama oyununda meydana çıxıb. Məhz Millətlər Liqasındakı uğursuzluq onunla yolların ayrılmasına səbəb olub.

Qeyd edək ki, Stoilov karyerası ərzində "Levski", "Liteks", "Anartosis" və Bolqarıstan yığmasında çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest