Fransanın "Olimpik" (Lion) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1 təmsilçisi "çelsi"dən Emersonu icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı müdafiəçi 2021/22 mövsümünü Lion klubunda keçirəcək.
 
Emerson bu il İtaliya milli komandası ilə Aç-2020-nin, "çelsi" ilə isə çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest