İngiltərənin "Arsenal" komandası heyətini yeni qapıçı ilə gücləndirib. Matc.az xəbər verir ki, London təmsilçisi "Şeffild Yunayted"in qolkiperi Aaron Ramsdeyli transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 4+1 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, ingiltərəli qapıçı daha əvvəl ölkəsində "Bornmut", "çesterfild" və "Uimbldon" klublarının da formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest