Türkiyənin "Alanyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi portuqaliyalı yarımmüdafiəçi Joao Pedro Barradas Novaisi heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu Portuqaliyanın "Braqa" klubundan satınalma şərti ilə bir illik icarəyə götürülüb.
 
Joao Novais yeni komandasında 18 nömrəli formanı geyinəcək. O, 2018-ci ildən "Braqa"nın uğurları üçün çalışır. Yarımmüdafiəçi əvvəllər "Leyksoeş" və "Rio Ave"də də forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest