Fransanın "Lill" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Liqa 1-in son qalibi İspaniyanın "Atletiko" (Madrid) klubunun qapıçısı İvo Qrbiçi heyətinə qatıb.
 
Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. 25 yaşlı xorvat qapıçı 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb. O, yeni komandasında 1 nömrəli formanı geyinəcək.
 
Qrbiç "Atletiko"ya ötən yay Xorvatiyanın "Lokomotiva" (Zaqreb) klubundan transfer edilib. O, bu komandada cəmi 1 rəsmi matç keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest