"Sabah"ın futbol akademiyasının üzvləri Həmzəalı Mikayılov və Xəyal Əliyev "Dinamo" (Zaqreb, Xorvatiya) Futbol Akademiyasında məşqlərini davam etdirirlər. Matc.az xəbər verir ki, Həmzəalı Mikayılov "Dinamo"nun U-17 komandasının heyətində növbəti oyununu keçirib. O, "NK Zaqreb" klubunun U-19 komandası ilə yoxlama matçında (5:1) şans qazanıb. Mikayılov bu matçda 1 məhsuldar ötürmə edib.  
 
Qeyd edək ki, millimizin də üzvü olan Həmzəalı Mikayılov və Xəyal Əliyev "Sabah" və "Dinamo" klubları arasında, 2019-cu ildə bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Zaqreb təmsilçisinin futbol akademiyasında təcrübə keçirlər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest