PSJ-nin yeni transferi Lionel Messinin Fransa çempionatında debüt edəcəyi vaxt bilinib. Matc.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Maurisio Poçettino açıqlama verib.
 
Liqa 1-in 3-cü turunun "Brest"lə səfər matçından (4:2) sonra keçirilən mətbuat konfransında iştirak edən Poçettino, Messinin növbəti matçda meydanda ola biləcəyini deyib.
 
PSJ növbəti turda "Reyms"lə qarşılaşacaq. Oyun avqustun 29-da keçiriləcək.
 
Yeri gəlmişkən, Messi ötən gün yenidən İspaniyaya qayıdıb. Argentinalı hücumçu tətil üçün Barselona şəhərinə yollanıb. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Ailəsiylə birlikdə Kataloniyaya gələn Messinin bir neçə gün burada istirahət edəcəyi bildirilib.
 
Messi bu yay "Barselona" klubundan ayrılaraq PSJ ilə 2 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest