İtaliyanın "Milan" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi "Roma"dan Alessandro Florensini icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
İtaliya yığmasının da üzvü olan müdafiəçi 2022-ci ilin yayına qədər "Milan"da çıxış edəcək.
 
Florensi ötən mövsümü Fransanın PSJ klubunda icarədə keçirib.
 
30 yaşlı futbolçu İtaliya yığması ilə bu il keçirilən Avropa çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest