Azərbaycanlı yarımmüdafiəçi Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Bursa təmsilçisi "Fənərbaxça"dan Uğur Kaan Yıldızı icarəyə götürüb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı müdafiəçi 2021/2022 mövsümünü "Bursaspor"da keçirəcək.
 
"Neftçi"dən "Bursaspor"a keçən Namik hələ yeni klubunda debüt etməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest