İspaniyanın "Barselona" klubu yeni kredit götürüb. Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
 
Maliyyə problemləri yaşayan Kataloniya təmsilçisi 455 milyon avro kredit götürüb. 1.98 faizlə götürülmüş kreditin 10 il ərzində ödənilməsi nəzərdə tutulub.
 
"Barselona" maliyyə problemlərinə görə Lionel Messi ilə yeni müqavilə imzalaya bilməyib. Argentinalı hücumçu Fransanın PSJ klubuna keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest