Futbol üzrə Almaniya Bundesliqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha 6 qarşılaşma baş tutub.
 
"Ayntraxt" – "Auqsburq" və "Qroyter" – "Arminiya" matçlarında qalib müəyyənləşməyib. "Bohum" doğma meydanda "Maynts"a qalib gəlibsə, "Volfsburq" "Herta"nı səfərdə üstələyib. 
 
Dortmund "Borussiya"sı çətin "Frayburq" səfərinə yollanıb. Sözügedən komanda bu səfərdən əliboş dönüb. Mönhenqladbax "Borussiya"sı da səfərdə "Bayer"ə böyük hesabla uduzub.
 
Almaniya Bundesliqası
2-ci tur
20 avqust
 
Leypsiq – Ştutqart 4:0
Qol: Soboslai, 38; 52. Forsberq, 46. A.Silva, 65-pen.
 
21 avqust
 
Ayntraxt – Auqsburq 0:0
 
Bohum – Maynts 2:0
Qol: Holtman, 21. Polter, 56.
 
Herta – Volfsburq 1:2
Qol: Lukebakio, 60-pen – Baku, 74. Nmeça, 88.
 
Qroyter – Arminiya 1:1
Qol: Hrqota, 50-pen – Klos, 45.
 
Frayburq – Borussiya (Dortmund) 2:1
Qol: Qrifo, 6. Sallai, 53 – Keytel, 59-öz qapısına.
 
Bayer – Borussiya (Mönhenqladbax) 4:0
Qol: Zommer, 3-öz qapısına. Şik, 8. Diabi, 55. Amiri, 87.
 
22 avqust
 
17:30. Hoffenhaym – Union Berlin
19:30. Bayern – Köln

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest