Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi "Keçiörengücü" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Eyupspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
 
Vüsal da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Azərbaycanlı yarımmüdafiəçi 77-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Keçiörengücü" iki turdan sonra 1 xalla 19 kollektiv arasında 12-cidir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest