Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Zenit"lə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Azər də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 62-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, "Ufa" 5 turdan sonra 5 xalla 16 kollektiv arasında 11-ci pillədə qərarlaşıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest