"Barselona"nın yarımmüdafiəçisi Malkom İngiltərəyə köçə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Tottenhem" gənc oyunçunun xidmətində maraqlıdı.

Kataloniya klubunda əsas heyətə düşə bilməyən Braziliya millisinin üzvü İngiltərə və İtaliya klublarından təklif alıb. Lakin o, "Tottenhem"ə keçməyə müsbət yanaşır. Londonlular 21 yaşlı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək və yayda birdəfəlik transfer etmək fikrindədi. Həmçinin çin klubu "Quançjou Everqrand" onun üçün ispanlara 50 milyon avro ödəməyə hazırdı.

Qeyd edək ki, "Barselona" Malkomu mövsümün əvvəlində 41 milyon avro müqabilində "Bordo"dan alıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest