İngiltərənin "Lester Siti" klubu yarımmüdafiəçisi Harvi Barnsla müqavilənin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
23 yaşlı futbolçu ilə yeni müqavilə 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
 
Qeyd edək ki, Barns "Lester Siti"nin öz yetirməsidir. İngilis yarımmüdafiəçi, "Milton Kins Dons", "Barnsli" və "Vest Bromviç" kimi klublarda icarədə də oynayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest