Türkiyə Super Liqasının 2-ci turu çərçivəsində keçirilən "Qaziantep" – "Beşiktaş" matçında xoşagəlməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqəsində "Beşiktaş"ın futbolçusu Fabris Nsakala huşunu itirib.
 
31 yaşlı müdafiəçi həkimlərin müdaxiləsindən sonra xəstəxanaya aparılıb. Nsakalanın durumu hazırda yaxşıdır və həyati təhlükəsi yoxdur.
 
"Qaziantep" – "Beşiktaş" matçı 0:0 hesabıyla başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest