İspaniyanın "Betis" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi sabiq müdafiəçisi Xerman Petsellanı transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı argentinalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Xerman Petsella son dörd mövsümü İtaliyanın "Fiorentina" klubunda keçirib. Müdafiəçi Florensiya klubuna məhz "Betis"dən transfer olunmuşdu. Belə ki, 2015-2017-ci illər aralığında məhz İspaniya klubunun uğurları üçün çalışıb. Argentina yığmasında 23 oyun keçirib, 2 qol vurmuş futbolçu, daha öncə ölkəsində "River Pleyt"in də formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest