İspaniyanın "Elçe" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, La Liqa təmsilçisi Fransanın "Olimpik" (Marsel) klubunun hücumçusu Dario Benedettonu heyətinə qatıb.
 
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Argentinalı 31 yaşlı futbolçu 2021/22 mövsümünün sonuna kimi icarəyə götürülüb.
 
Argentina yığmasında 5 oyun keçirmiş Dario Benedetto, 2019-cu ildən "Olimpik"də forma geyinirdi. O, bu komandanın heyətində meydana çıxdığı 71 matçda 17 qol vurub, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Təcrübəli hücumçu əvvəllər Argentina və Meksika klublarının da uğurları üçün çalışıb.
 
"Elçe" kapitanı Qonsalo Verdu ilə də yeni müqavilə bağlayıb. Klubun rəsmi saytının yaydığı məlumata görə, 32 yaşlı futbolçu yeni sözləşməyə əsasən, 2023-cü ilin iyununa kimi bu komandada qalacaq. Əvvəlki müqavilənin müddəti gələn yay başa çatmalı idi. Verdu 2017-ci ildən "Elçe"nin uğurları üçün çalışır. Təcrübəli müdafiəçi bu komandada 152 matça çıxıb, 11 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest