İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Andreas Pereyranı icarəyə verib. Matc.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Flamenqo"ya keçib.
 
Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Pereyra 2021/2022 mövsümünü "Flamenqo"da keçirəcək.
 
2012-ci ildən "Mançester Yunayted"də çıxış edən Pereyra ötən mövsümü icarə əsasında İtaliyanın "Latsio" klubunda keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest