Futbol üzrə İngiltərə Premyer Liqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, şənbə günü daha üç qarşılaşma baş tutub.
 
"Mançester Yunayted" "Sauthempton", "Tottenhem" isə "Vulverhempton" səfərinə yollanıb. "Qırmızı şeytanlar"ın xal itirdiyi turda London təmsilçisi səfərdə minimal hesabla qalib gəlib.
 
Turun mərkəzi görüşü Londonda keçirilib. Mövsümə məğlubiyyətlə başlayan "Arsenal" əzəli rəqibi "çelsi"nin müqavimətini qırmağa çalışıb. Amma derbi "zadəganlar"ın inamlı qələbəsiylə yekunlaşıb.
 
İngiltərə Premyer Liqası
2-ci tur
21 avqust
 
Liverpul – Bernli 2:0
Qol: Jota, 18. Mane, 69.
 
Aston Villa – Nyukasl 2:0
Qol: İnqs, 45+3. El-Qazi, 62.
 
Kristal Pelas – Brentford 0:0
 
Lids – Everton 2:2
Qol: Klit, 41. Rafinya, 72 – Kalvert-Levin, 30-pen. Qrey, 50.
 
Mançester Siti – Norviç Siti 5:0
Qol: Krul, 7-öz qapısına. Qriliş, 22. Laporte, 64. Sterlinq, 71. Mahrez, 84.
 
Brayton – Uotford 2:0
Qol: Daffi, 10. Maupay, 41.
 
22 avqust
 
Vulverhempton – Tottenhem 0:1
Qol: Alli, 9-pen.
 
Sauthempton – Mançester Yunayted 1:1
Qol: Fred, 30-öz qapısına – Qrinvud, 55.
 
Arsenal – çelsi 0:2
Qol: Lukaku, 15. R.Ceyms, 35.
 
23 avqust
 
23:00. Vest Hem – Lester Siti

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest