Futbol üzrə Almaniya Bundesliqasında 2-ci tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.
 
Əvvəlcə "Hoffenhaym" doğma meydanda "Union Berlin"lə münasibətlərinə aydınlıq gətirib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
 
Son çempion "Bayern"in bu turdakı rəqibi isə "Köln" olub. Münhen təmsilçisi doğma meydanda çətin qələbəyə sevinib.
 
Almaniya Bundesliqası
2-ci tur
20 avqust
 
Leypsiq – Ştutqart 4:0
Qol: Soboslai, 38; 52. Forsberq, 46. A.Silva, 65-pen.
 
21 avqust
 
Ayntraxt – Auqsburq 0:0
 
Bohum – Maynts 2:0
Qol: Holtman, 21. Polter, 56.
 
Herta – Volfsburq 1:2
Qol: Lukebakio, 60-pen – Baku, 74. Nmeça, 88.
 
Qroyter – Arminiya 1:1
Qol: Hrqota, 50-pen – Klos, 45.
 
Frayburq – Borussiya (Dortmund) 2:1
Qol: Qrifo, 6. Sallai, 53 – Keytel, 59-öz qapısına.
 
Bayer – Borussiya (Mönhenqladbax) 4:0
Qol: Zommer, 3-öz qapısına. Şik, 8. Diabi, 55. Amiri, 87.
 
22 avqust
 
Hoffenhaym – Union Berlin 2:2
Qol: Akpoquma, 14. Larsen, 30 – Qisselmann, 10. Avoniyi, 47.
 
Bayern – Köln 3:2
Qol: Levandovski, 50. Qnabri, 59; 71 – Modeste, 60. Ut, 62.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest