Futbol üzrə Türkiyə Super Liqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.
 
"Fənərbaxça" doğma meydanda "Antalyaspor" üzərində inamlı qələbəyə sevinib. İstanbulun digər təmsilçisi "Başakşəhər" isə "Konyaspor"la səfər qarşılaşmasından məğlubiyyətlə ayrılıb. "Göztəpə" də evdə "Yeni Malatyaspor"a minimal hesabla uduzub.
 
Türkiyə Super Liqası
2-ci tur
20 avqust
 
Kayserispor – Adana Dəmirspor 1:1
Qol: G.Sazdağı, 17 – Akintola, 63.
 
21 avqust
 
Kasımpaşa – Giresunspor 2:0
Qol: Yorgensen, 14. U.Bozok, 90+2.
 
Rizəspor – Fatih Karagümrük 0:0
 
Qaziantep – Beşiktaş 0:0
 
Alanyaspor – Altay 1:4
Qol: Dyedyu, 67 – Tiam, 27. M.Rodriqes, 32. Pinares, 49. Rayan, 85.
 
22 avqust
 
Konyaspor – Başakşəhər 2:1
Qol: E.çekici, 51. çikalleşi, 87 – Ndayişimiye, 45+1.
 
Fənərbaxça – Antalyaspor 2:0
Qol: Zayç, 89. Valensiya, 90+2.
 
Göztəpə – Yeni Malatyaspor 0:1
Qol: Tetteh, 56.
 
23 avqust
 
20:15. Trabzonspor – Sivasspor
22:45. Qalatasaray – Hatayspor

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest