Futbol üzrə çexiya 2-ci divizionunda 5-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda doğma meydanda "Usti nad Labem" ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
 
Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçu 74-cü dəqiqədə əvəzlənib.
 
5 turdan sonra 7 xala malik "Viktoriya" 7-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest