Futbol üzrə İspaniya La Liqasında 2-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.
Madridin "Real" komandası səfərdə "Levante" ilə qarşılaşıb. Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.
Son çempion "Atletiko" isə "Elçe"ni minimal hesabla məğlub yola salıb. "Real Sosyedad" da "Rayo Valyekano" ilə oyunda 3 xalı tək qolla qazanıb.
İspaniya La Liqası
2-ci tur
20 avqust
Betis – Kadis 1:1
Qol: Xuanmi, 22 – Neqredo, 11-pen.
21 avqust
Alaves – Malyorka 0:1
Qol: Nino, 80.
Qranada – Valensiya 1:1
Qol: Suares, 16 – Soler, 88-pen.
Espanyol – Vilyarreal 0:0
Atletik – Barselona 1:1
Qol: Martines, 50 – Depay, 75.
22 avqust
Real Sosyedad – Rayo Valyekano 1:0
Qol: Oyarzabal, 68-pen.
Atletiko – Elçe 1:0
Qol: Korrea, 39.
Levante – Real 3:3
Qol: Rocer, 46. Kampana, 57. Pyer, 79 – Beyl, 5. Vinisius, 73; 85.
23 avqust
22:00 Xetafe – Sevilya
00:00 Osasuna – Selta