İsrailin "Makkabi" (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Konfrans Liqasının pley-off mərhələsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunundan əvvəl fikirlərini bildirib.
 
Matc.az "One" nəşrinə istinadən xəbər verir ki, Baxar, Konfrans Liqasında qrup mərhələsinə yüksəlmək istədiklərini deyib:
 
"Bu mövsüm oyunlarımız çoxdur. ümid edirəm ki, Avropada daha irəli gedə, qrup mərhələsində oynaya biləcəyik. Yaxşı heyətimiz var və bu oyunçular onlara etibar edə biləcəyimi göstərdilər. İnanıram ki, vəzifəmizi öz evimizdə tamamlayacağıq".
 
"Makkabi" – "Neftçi" matçı avqustun 26-da keçiriləcək. Komandalar arasında Bakıda baş tutan görüş 3:3 hesablı heç-heçə ilə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest