"Neftçi"nin Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Makkabi" (Hayfa) Toto kubokunda finala yüksəlib. Matc.az xəbər verir ki, Hayfa təmsilçisi yarımfinalda "Hapoel"i (Təl-Əviv) 2:0 hesabıyla məğlub edib. "Makkabi"nin qollarını Məhəmməd Abu-Fani və Din David vurub.
 
"Makkabi" finalda "Hapoel" (Beer-Şeva) ilə qarşılaşacaq. Oyun sentyabrın 21-də keçiriləcək.
 
"Neftçi" "Makkabi" ilə ilk oyunda 3:3 hesablı heç-heçə edib. Komandalar arasındakı cavab oyunu avqustun 26-da, İsraildə olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest