"Fənərbaxça" klubu Türkiyə Futbol Federasiyasını (TFF) məhkəməyə verib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi 2010/2011 mövsümündən sonra yaşananlara bağlı təzminat tələb edir. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
"Fənərbaxça" federasiyadan 250 milyon TL (50 milyon manatdan çox) təzminat ödənilməsini istəyir.
 
"Fənərbaxça" 2010/2011 mövsümündə Türkiyə Super Liqasının qalibi olub. İstanbul klubu danışılmış oyunlarda iştirakda ittiham olunduğu üçün həmin mövsüm avrokuboklardan kənarlaşdırılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest