Azərbaycanlı hücumçu Namik Ələskərovun çıxış etdiyi "Bursaspor" klubunda hazırda boş olan baş məşqçi postu üçün Emre Belözoğluna təklif göndərilib. Matc.az xəbər verir ki, bu barədə Bursa təmsilçisinin vitse-prezidenti Emin Adanur açıqlama verib. O, Emre ilə danışıqlar apardıqlarını, lakin razılaşa bilmədiklərini deyib.
 
"Bursaspor"da bir müddət əvvəl baş məşqçi Mustafa Er vəzifəsindən ayrılıb.
 
Emre Belözoğlu bu ilin martından iyununa qədər "Fənərbaxça"da baş məşqçilik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest