"Mançester Yunayted"in futbolçusu Pol Poqba İngiltərə Premyer Liqasının tarixinə düşüb. Matc.az xəbər verir ki, fransalı yarımmüdafiəçi çempionat tarixində ilk iki oyunda ümumilikdə 5 məhsuldar ötürmə edən ilk futbolçu olub. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
 
Poqba ilk turda "Lids"i 5:1 hesabıyla məğlub etdikləri oyunda 4 məhsuldar ötürmə etmişdi. O, "Sauthempton"lə heç-heçə etdikləri oyunda (1:1) da komandasının yeganə qolunun ötürməsini edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest