Futbol üzrə Türkiyə 1-ci liqasında 2-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası "Bursaspor" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Ərzurumspor"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
 
Namik bu görüşün iştirakçısı olmayıb. O, qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib. Bu komandanın digər yeni transferi, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budak isə görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
 
"Bursaspor" 2 turdan sonra 1 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest